Rusiya və Belarus idmançıları daha bir yarışdan kənarlaşdırıldı

12:22 27 Yanvar 2023

Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək Üçüncü Avropa Oyunlarına buraxılmayacaqlar.

 

Sportarena.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələri məlumat yayıb.

 

Üçüncü Avropa Oyunları 9-25 iyunda keçiriləcək.

 

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.


Xəbər xətti