Danimarkanın "Hobro" klubunun futbolçusu Lusius Don Didsonun "Qarabağ"a keçidi baş tutmayıb.
Sportarena.az "Bold.dk" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı vinger karyerasını Skandinaviyada davam etdirmək istədiyi üçün "köhlən atlar"a "yox" deyib.
Haitili oyunçu Ağdam təmsilçisinin yaxşı maliyyə və uzunmüddətli müqavilə təklifini geri çevirib.
"Qarabağ"la yanaşı ABŞ-ın MLS klubularının da Didsonla maraqlandığı iddia olunur.
Qeyd edək ki, Lusius Don Didson 2019-cu ildən "Hobro"da çıxış edir. Onun sözləşməsi yayda başa çatacaq.