"Prezident Kuboku-2023" ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib

14:11 27 Yanvar 2023

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.

 

Sportarena.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Prezident Kuboku-2023" beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib.

 

Assosiasiyanın rəsmi internet səhifəsində yarışla bağlı məlumat da dərc olunub.

 

Qeyd edək ki, "Prezident Kuboku-2023" 4 - 7 mayda gerçəkləşəcək. AKAF-ın 2022-ci il, 21 - 23 oktyabrda təşkil etdiyi “Mingəçevir Reqatası” da Avropa Kanoe Assosiasiyasının təqvimində yer almışdı.


Digər xəbərlər

Xəbər xətti