Mahir Emrelinin zədəsi sağalıb

15:46 27 Yanvar 2023

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 70 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında hücumçunun zədəsini sağaltdığını və komanda ilə birlikdə olduğunu bildirib.

 

O, bir müddət öncə belində ağrıları olan 26 yaşlı forvardın XIX turda "Lokomotiva"ya qarşı paytaxt derbisində oynaya biləcəyini söyləyib.

 

Qeyd edək ki, yanvarın 28-də keçiriləcək "Dinamo" - "Lokomotiva" matçı Bakı vaxtı ilə saat 20:10-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti