Türkiyə millisinin keçmiş üzvü olan Emre Çolak karyerasını İspaniyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 31 yaşlı vinger "İntersiti" klubuna keçib. Bu barədə 3-cü Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu klubla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Emre Çolak karyerası ərzində "Qalatasaray", "Deportivo", "Fatih Karagümrük", "Hatayspor", "Başakşehir" kimi klublarda çıxış edib. O, son olaraq "Göztepe" formasını geyinib.