"Qarabağ"ın rəqibi cərimələndi

18:05 27 Yanvar 2023

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" cərimələnib.

 

Sportarena.az xəbər verir ki, buna azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.

 

Belçika Futbol Federasiyası fanatların qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsinə görə "Gent"i 1500 avro cərimələyib. Bundan başqa, “Gent”ə şərti cəza verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi “Gelamko Arena”nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Gent" görüşü fevralın 16-da Bakıda, cavab qarşılaşması 24-də Belçikada oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti