"Sportsman” jurnalının təsis etdiyi "Zəfər 2022" mükafatları ilin ən yaxşı idmançılarına təqdim edilib.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Ramil Şeydayev ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, Ramil Şeydayev cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.