İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Şon Dayç çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 51 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, "Everton" bir neçə gün öncə Frenk Lempardı istefaya göndərib. Şon Dayç son olaraq "Börnli"nin baş məşqçisi olub.