“Barselona” futbolçusu ilə müqavilə uzatdı

23:45 27 Yanvar 2023

“Barselona” müdafiəçisi Markos Alonsoyla müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

 

Xatırladaq ki, Alonso 2022-ci ilin sentyabrında “Barselona” ilə 1 illik müqavilə imzalamışdı. 32 yaşlı müdafiəçi cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 2 qol vurub.

 

Alonso “Barselona”nın əzəli rəqibi olan Madrid “Real”ının yetirməsidir. O, karyerası ərzində “Bolton”, “Fiorentina”, “Sanderlend” və “Çelsi”nin də uğurları üçün çalışıb. Təcrübəli futbolçu İspaniya yığmasında 9 oyuna çıxıb.

 

“Barselona” gənc futbolçusu Anxel Alarkonla da yeni müqavilə imzalayıb. Kataloniya klubu 18 yaşlı vingeri ilə sözləşmə müddətini 2025-ci ilin yayınadək uzadıb. “Barselona”nın akademiyasına 2018-ci ildə “Espanyol”dan cəlb olunmuş yarımmüdafiəçi əsas komandada da 1 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti