Futbol üzrə Niderland I Divizionunda 21-ci turun görüşləri keçirilib.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Herakles"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can Kökçü də bu oyunun iştirakçısı olub. 24 yaşlı vinger matça start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.
Xallarını 39-a yüksəldən "Eyndhoven" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.