Prokurorluq İtaliya "Milan"nının ABŞ-ın investisiya şirkəti "RedBird Capital Partners"ə satılması ilə bağlı araşdırmalara başlayıb.
Sportarena.az ANSA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları alqı-satqı əməliyyatının qanuniliyini yoxlamaq üçün istifadə oluna biləcək sənədləri toplayır.
Araşdırmaya klubun keçmiş minoritar səhmdarı "Blue Skye" şirkətinin şikayəti səbəb olub. İddiaya görə, Milan şəhərinin eyniadlı təmsilçisinin səhmlərinin satışı zamanı həmin şirkətin mövqeyi nəzərə alınmayıb.
Qeyd edək ki, "Milan" ötən il avqustun 31-də 1,2 milyard avro qarşılığında "Red Bird Capital" şirkətinə satılıb.