"Natan Ake yaxşı mövsüm keçirir” - Qvardiola

18:24 28 Yanvar 2023

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin “Arsenal”la oyunundan sonra (1:0) danışıb.

 

Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, cütün taleyini həll edən qolun müəllifi Natan Akeni tərifləyib:

“O, döyüş sənətində çox yaxşıdır. Xüsusi oğlandır. Bəzən elə olub ki, meydana çıxmayıb, amma buna görə heç vaxt şikayətlənməyib. Natan Ake yaxşı mövsüm keçirir”.

 

“Arsenal”ı mübarizədən kənarlaşdıran “Mançester Siti” 1/8 finala vəsiqə qazanıb. Komandanın rəqibi püşkatmadan sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti