MY "Napoli"nin ulduzuna elçi düşüb

18:47 28 Yanvar 2023

“Mançester Yunayted” yayda “Napoli”nin hücumçusu Viktor Osimheni transfer edə bilər.

 

Sportarena.az “soccernews.nl”-ə istinadən xəbər verir ki, “Napoli” bu mövsüm İtaliya A Seriyasının qalibi olsa, o, klubu tərk edə bilər. “Mançester Yunayted” futbolçu üçün azı 120 milyon avro ödəməli olacaq.

 

MY Osimheni almaqda israrlıdır. Lakin nigeriyalı forvardı başqa klublar da transfer etmək istəyir.

 

Osimhen 2020-ci ildən Neapol təmsilçisində çıxış edir. O, bu mövsüm “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 19 matça çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti