Fransalı vinger Osman Dembele uzun müddət “Barselona”da çıxış etmək niyyətindədir.
Sportarena.az “Diario Sport”-a istinadən xəbər verir ki, futbolçu Kataloniya təmsilçisi ilə cari müqavilənin müddətini uzatmaq istəyir. Eyni zamanda, o, “Barselona”da inkişaf etməyi hədəfləyib. Dembelenin La Liqa klubunda xoşbəxt olduğu bildirilir.
25 yaşlı oyunçu 2017-ci ilin avqustunda “Barselona”ya keçib. 2022/23 mövsümündə o, İspaniya klubunun heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.