Lavalın Portuqaliya klubuna satışı rəsmiləşdi

20:43 28 Yanvar 2023

“Neftçi” PFK Portuqaliyanın “Arouka” klubu ilə futbolçu Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqları uğurla başa çatdırıb və nigeriyalı yarımmüdafiəçi qarşı tərəfə satılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.

 

Paytaxt klubu göstərdiyi xidmətlərə görə Yusuf Lavala təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Xatırladaq ki, 2020-ci ilin yayında “Neftçi”yə transfer olunmuş Laval bu müddətdə 69-u çempionat (4 qol), 6-sı kubok, 13-ü avrokubok (2 qol) olmaqla 88 rəsmi matçda “ağ-qara” formanı geyinib, 6 qol vurub.


Xəbər xətti