Mahirli “Dinamo” derbidə qalib qalib gəldi

09:29 - 29 Yanvar 2023 - Xarici

Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda Zaqrebin digər təmsilçisi “Lokomotiva” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

 

Emreli də bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.

 

“Dinamo” 19 turdan sonra 45 xalla zirvədə qərarlaşıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin