Xavi Bellerini istəmir

10:02 29 Yanvar 2023

“Barselona” müdafiəçisi Hektor Bellerinlə yollarını ayıra bilər.

 

Sportarena.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu baş məşqçi Xavinin planlarına daxil deyil. Kataloniya təmsilçisi oyunçu ilə cari müqaviləni yeniləmək fikrində deyil.

 

Futbolçu özü də bir müddətdir ki, digər klublardan gələn təklifləri nəzərdən keçirir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir.

 

27 yaşlı Bellerin “Barselona”nın yetirməsidir. O, 2011-ci ildə klubu tərk etsə də, 2022-ci ilin yayında azad agent kimi La Liqa təmsilçisinə geri dönüb.


Digər xəbərlər

Xəbər xətti