Renatlı “Qrasshopper”dən səfərdə heç-heçə

10:19 29 Yanvar 2023

Futbol üzrə İsveçrə çempionatında 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Luqano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

 

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

 

“Qrasshopper” 18 turdan sonra 21 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti