“Marsel”in müdafiəçisi Conatan Kloss karyerasını İspaniya Primerosunda davam etdirə bilər.
Sportarena.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, “Atletiko” adıçəkilən futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Madrid təmsilçisi Klossu icarəyə götürəcək.
Amma mövsümün sonunda isə onun transfer hüququna yiyələnmək istəyir. Bunun üçün isə ispanlar 9 milyon avro ödəyəcək.
2022-ci ildə Fransa millisinə də dəvət edilmiş müdafiəçi "Avrançeş", "Arminia"(Bilefeld), "Lans" klublarında oynayıb.