“Roma”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”yə qayıtmaq istəyir.
Sportarena.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Portuqaliyalı mütəxəssis “Roma” rəhbərliyinin maliyyə dəstəyinin çox az olmasından şikayətlənir. O, öncədən çalışdırdığı “Çelsi”yə qayıtmağı düşünür.
Qeyd edək ki, Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə Premyer Liqa təmsilçisinin “sükanı arxasında” olub.