“İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasının 20-ci turunun “Kremoneze” ilə matçını (2:1) şərh edib.
Sportarena.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, bu matçda dubla imza atan son dünya çempionu İtaliya çempionatının və kubokunun növbəti oyunları haqda danışıb:
“İlk matçda məğlub olmuşduq. Ona görə də, bu gün üç xala ehtiyacımız var idi. Qələbə qazandıq. İndi “müharibə”yə hazırlaşmaq vaxtıdır: növbəti tur “Milan”la qarşılaşacağıq. Həmin oyundan öncə İtaliya kubokunda “Atalanta” ilə bizi çətin matç gözləyir”.
Qeyd edək ki, “İnter” hazırda İtaliya A Seriyasında 40 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.