Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.
“İstanbulspor” – “Kayserispor” matçında qonaqlar qalib gəlibsə, “Başakşəhər” evdə “Konyaspor” üzərində inamlı qələbəyə sevinib. “Fənərbaxça” da doğma meydanda “Kasımpaşa”nı böyük hesabla məğlub edib.
Hazırda 48 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 44 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş” 38, “Adana Dəmirspor” 37, “Trabzonspor” da 35 xal toplayıb.
Türkiyə Super Liqası
21-ci tur
29 yanvar
İstanbulspor – Kayserispor 2:4
Qol: Lokilo, 10. Etemi, 32 – Mane, 18. O.Bulut, 52. E.Başsan, 83. İ.Parlak, 89.
Başakşəhər – Konyaspor 2:0
Qol: B.Özcan, 43. D.Türüç, 64.
Fənərbaxça – Kasımpaşa 5:1
Qol: Valensiya, 37-pen; 39; 52; 69. Batşuayi, 90+2 – Fall, 24.