"Napoli" qalib gəldi, "Milan" və "Yuventus" məğlub oldu, "Latsio" "Fiorentina" ilə xalları böldü - VİDEOLAR

09:29 30 Yanvar 2023

İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

 

“Milan” evdə “Sassuolo”ya, “Yuventus” isə “Montsa”ya gözlənilməz şəkildə məğlub olub. “Latsio” – “Fiorentina” matçı heç-heçə bitibsə, lider “Napoli” “Roma” ilə ev oyunundan qalib ayrılıb.

 

İtaliya A Seriyası

20-ci tur

29 yanvar

Milan – Sassuolo 2:5

Qol: Jiru, 24. Oriqi, 81 – Defrel, 19. Frattezi, 22. Berardi, 30. Loryente, 47-pen. M.Henrike, 79.

 

Yuventus – Montsa 0:2

Qol: Çurria, 18. Mota, 39.

 

Latsio – Fiorentina 1:1

Qol: Kasale, 8 – Qonsales, 49.

 

Napoli – Roma 2:1

Qol: Osimhen, 17. Simeone, 86 – El Şaaravi, 75.


Digər xəbərlər

Xəbər xətti