Fransa çempionatında 20-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.
“Klermon” – “Nant” matçı qolsuz bitib. “Nitsa” “Lill”i, “Brest” “Anje”ni məğlub yola salıb. “Oser” evdə “Monpelye”yə, “Strasburq” isə “Tuluza”ya məğlub olub. Səfərdə “Ayaçço” ilə qarşılaşan Lion “Olimpik”i turu qələbə ilə başa vurub. PSJ isə doğma meydanda “Reyms”lə oyunda qələbəni son anda əldən verib.
20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 45 xalla ikinci, Marsel “Olimpik”i 43 xalla üçüncüdür.
Fransa, Liqa 1
20-ci tur
29 yanvar
Nitsa – Lill 1:0
Qol: Labord, 34.
Oser – Monpelye 0:2
Qol: Mavididi, 62; 80
Brest – Anje 4:0
Qol: Le Duaron, 14. Munye, 34. Honorat, 60. Melu, 84.
Klermon – Nant 0:0
Strasburq – Tuluza 1:2
Qol: Qameyro, 20 – Dallinqa, 25; 51.
Ayaçço – Olimpik (Lion) 0:2
Qol: Lepenant, 20. Lakazett, 71.
PSJ – Reyms 1:1
Qol: Neymar, 51 – Baloqun, 90+6.