“Mançester Yunayted”in futbolçusu Harri Maquayr İngiltərə Federasiya kubokunun 1/16 finalının “Ridinq”lə oyununu (3:1) şərh edib.
Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, ingilis müdafiəçi oyunda dubla imza atan Kazemironu tərifləyib:
“Çoxlu qol şanslarımız oldu. Fasilə zamanı ilk qolu necə vuracağımız barədə danışdıq. Kazemiro burada missiyasının nədən ibarət olduğunu bir daha göstərdi. O, inanılmaz oyunçudur. Ən yaxşı oyunçu olmadan, onun nə hisslər keçirdiyini bilməzsiz. O, komandanı və onun əhval-ruhiyyəsini yaxşılaşdırıb”.
Əsas heyətə düşməkdə çətinlik çəkən Maquayr bu barədə belə deyib:
“Əsas heyətdə meydana çıxmağımdan iki həftə yarım keçib. Məşqlərdə çox çalışıram, fürsət yarananda ondan düzgün istifadə etməliyəm. 29 yaşım var, hazırkı duruma öyrəşmək istəmirəm. Lakin, bu, futbolun ayrılmaz hissəsidir”.
“Qırmızı şeytanlar”ın 1/8 final mərhələsindəki rəqibi püşkatmadan sonra məlum olacaq.