"20 yaşında dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridi" - Xavi

10:13 - 30 Yanvar 2023 - İspaniya

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 19-cu turunun “Jirona” ilə görüşündən sonra (1:0) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunda yeganə qolun müəllifi olan Pedri barədə fikirlərini bölüşüb:

“Pedri sərbəst zonalara rahat keçid edə bilir. Düşünə bilirsiz, biz hələ 20 yaşında dünyanın ən yaxşı yarımmüdafiəçilərindən olan biri haqda danışırıq. Ona heyranam”.

 

Pedri bu mövsüm “Barselona”nın heyətində 18 oyuna çıxıb və 5 qol vurub.

 

Qeyd edək ki, Kataloniya təmsilçisi hazırda La Liqanın turnir cədvəlində 47 xalla liderlik edir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin