Millimiz dünya kubokunun qalibi oldu

10:29 30 Yanvar 2023

Azərbaycanın “Land of Fire” komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.

 

Sportarena.az xəbər verir ki, bütün görüşlərdə qələbə qazanan kollektiv finalda yerli “Sankt Moritz”lə üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan vaxtda “Land of Fire” qızıl topu vuraraq 6:5 hesabı ilə qələbə qazanıb.

 

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Yarışda 6 komanda mübarizə aparıb. Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.


Digər xəbərlər

Xəbər xətti