“Sumqayıt”ın 3 futbolçusu “Turan Tovuz”la oyunda iştirak edə bilməyəcək

11:27 - 30 Yanvar 2023 - Premyer Liqa

“Sumqayıt”ın 3 futbolçusu Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz”la keçiriləcək oyunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, bir yerli və iki əcnəbi oyunçu bu gün baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.

 

Bunlar müdafiəçilər Vurğun Hüseynov, niderlandlı Stiven Pereyra və qvineyalı yarımmüdafiəçi Alya Turedir. Pereyra və Ture hələ də zədəsini sağaltmaqla məşğuldursa, kapitan XIX turda “Zirə” (1:3) ilə görüşdə sıradan çıxıb. Hüseynovun təxminən 2-3 həftə komandadan ayrı qalması gözlənilir.

 

Qeyd edək ki, “Sumqayıt” – “Turan Tovuz” görüşü saat 18:00-da başlayacaq

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin