"Liverpul" Firmino ilə razılıq əldə etdi

12:25 30 Yanvar 2023

"Liverpul" Roberto Firmino ilə müqavilə müddətini artıracaq.

 

Sportarena.az "The Times"a istinadən xəbər verir ki, tərəflər arasında artıq razılıq əldə edilib.
 

Razılaşmaya əsasən, braziliyalı forvard 2026-cı ilin iyunun 30-na qədər "Liverpul"a məxsus olacaq.
 

​Firminonun müqaviləsi bu mövsümün sonunda başa çatırdı.

 

Qeyd edək ki, futbolçu ilə Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl Nəsr" klubu maraqlanırdı.


Digər xəbərlər

Xəbər xətti