"Real Madrid" bu mövsüm ilk dəfə...

12:38 - 30 Yanvar 2023 - İspaniya

İspaniyanın "Real Madrid" klubunun qol seriyası qırılıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın XIX turunda “Real Sosyedad”la oyunda rəqib qapısına yol tapa bilməyib.

 

“Santyaqo Bernabeu”da baş tutan qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Bununla “kral klubu” cari mövsüm bütün turnirlərdə keçirdiyi 30-cu görüşündə ilk dəfə qol vura bilməyib.

 

Karlo Ançelottinin kollektivi bundan əvvəlki 29 matçın hamısında ən azı bir dəfə rəqibi mərkəzə dəvət etməyi bacarıb.

 

Qeyd edək ki, 42 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Real” lider “Barselona”dan 5 xal geri qalır.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin