“Fənərbaxça” Brumanı icarəyə verdi

13:23 30 Yanvar 2023

Türkiyənin “Fənərbaxça” klubu yarımmüdafiəçisi Brumanı Portuqaliyanın “Braqa” klubuna icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı futbolçunun bu mövsümün sonuna kimi vətənində forma geyinəcəyi açıqlanıb.

 

Qeyd edək ki, Bruma bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarə əsasında “Fənərbaxça”ya gəlmişdi. Lakin bu qış İstanbul təmsilçisi onun transfer hüquqlarını da alıb. Cari mövsümdə bu komandada cəmi 5 matça çıxan Bruma, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti