Super Liqa klubu ekvadorlu futbolçunu heyətinə qatdı

13:57 30 Yanvar 2023

“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə cəlb edib.

 

25 yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.

 

Qeyd edək ki, Kaysedo 2022-ci ilin iyul ayında 2.5 milyon avro qarşılığında Bolqarıstanın ÇSKA (Sofiya) klubundan “Tiqres UANL” komandasına keçib. O, Meksika təmsilçisində 16 oyuna 1 qol vurub. Daha öncə “Universidad Katolika”, “El Nasional”, “Vitoriya” kimi klublarda da forma geyinmiş futbolçu Ekvador millisində 10 oyuna 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti