“Arsenal” “Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedonu transfer etmək istəyir.
Sportarena.az “Sky Sports”a istinadən xəbər verir ki, “Brayton” “topçular”ın təklifini geri çevirib.
Kaysedonun məxsus olduğu komanda onu 70 milyon funt-sterlinqə satmaq istəməyib. Bundan əvvəl “Arsenal” ekvadorlu üçün 60 milyon funt-sterlinq təklif etmişdi. Amma "Brayton" həmin təklifi də geri çevirmişdi.
21 yaşlı ekvadorlu "İndependiente del Valle", "Beerşot" klublarında oynayıb.