İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yarımmüdafiəçisi Teteni heyətinə qatıb.
Braziliyadan olan hücumameyilli yarımmüdafiəçi bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Tete 2019-cu ildən “Şaxtyor”da çıxış edir. Lakin 22 yaşlı vinger 2022-ci ilin martında Lion “Olimpik”ində icarədə oynayırdı. Amma ingilislər onu Fransa klubundan “oğurlamağı” bacarıblar.
Braziliyalı futbolçu “Qremio”nun yetirməsidir. O, “Şaxtyor”da 108 oyuna 31 qol vurubsa, “Olimpik”də 30 matçda 8 dəfə fərqlənib.