“Mançester Siti”nin icraçı direktoru Ferran Soriano Xosep Qvardiolanın “Barselona”ya geri dönəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, “DAZN”a açıqlama verən klub rəsmisi məsələ haqda bu cür danışıb:
"Qvardiolanın dediklərini eşidən hər kəs bilsin ki, o, "Mançester Siti”də baş məşqçinin köməkçisi olsaydı və “Barselona”dan zəng gəlsəydi, gedəcəyini bildirib. O, köməkçi deyil, “Mançester”in baş məşqçisidir”. Müqaviləsinin sonuna qədər heç yerə getməyəcək".
Qeyd edək ki, 52 yaşlı mütəxəssisin "Mançester siti" ilə 2025-ci il iyunun 30-na qədər müqaviləsi var.