"Klassik şahmatdan bezmişəm” - Dünya çempionu

15:38 - 30 Yanvar 2023 - Şahmat

“Son bir neçə həftədə klassik şahmatdan bezmişəm”.

 

Sportarena.az xəbər verir ki, bunu norveçli dünya çempionu Maqnus Karlsen deyib.

 

Niderlandın Veyk-an-Ze şəhərindəki “Tata Steel Masters” superturnirində özbəkistanlı Nodirbek Abdusattorovla 2-3-cü yerləri bölüşdürən 32 yaşlı qrossmeyster klassik şahmata fasilə vermək qərarına gəldiyini açıqlayıb:

“Bu turnirdən sonra fasilə verəcəyəm. Bir müddət klassik şahmat oynamayacağam”.

 

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildən klassik şahmat üzrə dünya çempionudur. O, həmin vaxtdan bəri dörd dəfə titulunu qoruyub.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin