"Biz qələbə qazanmağa layiq idik" - Ançelotti

16:54 30 Yanvar 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 14-cü turunun “Real Sosyedad”la oyunundan sonra (0:0) açıqlama verib.

 

Sportarena.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını vurğulayıb:

“Ayıbdır. Biz qələbə qazanmağa layiq idik. Yaxşı oynadıq. Komandam fiziki cəhətdən inkişaf edib. Qol vurmağa da yaxın idik. Oyundan razı qaldım, çünki futbolçularım çox yaxşı oynadı. 90 dəqiqə ərzində mübarizə aparmaqdan çəkinmədik”.

 

“Real” İspaniya La Liqasının turnir cədvəlində 42 xalla ikinci, “Real Sosyedad” isə 39 xalla üçüncü pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, “Kral klubu” cari mövsümdə ilk dəfə bir matçda qol vura bilməyib.


Digər xəbərlər

Xəbər xətti