“Barselona” ilə aramızda olan 5 xallıq fərq hələ son deyil” - Kamavinqa

17:11 30 Yanvar 2023

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa İspaniya La Liqasının 14-cü turunun “Real Sosyedad”la görüşünü (0:0) dəyərləndirib.

 

Sportarena.az “Movistar”-a istinadən xəbər verir ki, o, “Barselona” ilə “kral klubu” arasında olan 5 xallıq fərqdən danışıb:

“Vacib iki xal itirdik. Lakin çempionat davam edir. Biz inamla irəliləməliyik. Mövsümün sona çatmasına çox var. Kimin çempion olacağını deyə bilmərəm. “Barselona” ilə aramızda olan 5 xallıq fərq hələ son deyil”.

 

Qeyd edək ki, həmin qarşılaşmadan sonra “Real” turnir cədvəlinin lideri “Barselona”dan 5 xal geri qalaraq – 42 xalla ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti