İspaniya Kuboku: Yarımfinalda "El Klasiko" oynanılacaq

17:25 30 Yanvar 2023

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, bu raundda "Real Madrid" "Barselona"ya rəqib olub.

 

İlk matç "Kral klubu"nun meydançasında oynanılacaq.

 

Digər yarımfinal cütündə isə "Atletik" (Bilbao) və "Osasuna" komandaları üz-üzə gələcək.

 

İlk matçda "Osasuna" "Atletik"i qonaq edəcək.

 

Qeyd edək ki, yarımfinalın ilk matçları 1-2 martda, cavab görüşləri isə 4-5 apreldə oynanılacaq.


Xəbər xətti