Portuqaliyanın "Portu" klubunun futbolçusu Mehdi Taremi İran hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb.
Sportarena.az xəbər verir ki, iranlı hücumçu bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
31 yaşlı forvard bildirib ki, bütün İran xalqı azadlıq istəyir: "Son etirazlardan sonra həbs olunan siyasi məhbusların azadlığa buraxılması indi baş verməlidir. Onlar öz ailələrinə qovuşmalıdırlar. Bu ailələr əziyyət çəkir, yaxınlarını axtarırlar. Mən xalqım üçün xoşbəxtlik arzulayıram".
Qeyd edək ki, Mehdi Taremi İran millisində 61 oyuna 30 qol vurub.