"Fənərbaxça" növbəti transferini rəsmiləşdirib

17:56 30 Yanvar 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Parma"dan Cayden Oostervoldeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Fənərbaxça" niderlandlı sol cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Sarı-lacivərtlilər" 21 yaşlı futbolçu üçün İtaliya klubuna 6 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Cayden Oostervolde "Parma"ya mövsümün əvvəlində "Tvente"dən keçib. Gənc oyunçu B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti