"Toplanışa gəlmədi, komandadan göndərdik" - Samir Abasov

21:04 30 Yanvar 2023

"Yaxşı oyun alındı. Komanda şəklində nə etdiyimizi bilirdik. Son dəqiqələrdə güclü təzyiqə məruz qaldıq. Yeni transferlər sona qədər ritmi saxlaya bilmədilər və bu, oyunumuza təsir etdi".

 

Sportarena.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

 

45 yaşlı mütəxəssis bildirib ki, əks hücumlar qolla nəticələnsəydi, daha rahat olardıq:

"Sonluğun gəlməməsinin cavabı yoxdur. Bunu şanssızlığa bağlayıram. Ot örtüyü də sürüşkən idi. Bizim stadionlarda belə problemlər var. Məsələ otdadır. Su vuruldu-vurulmadı, ot ayağının altından qaçır. Bu, bizim üçün həddindən artıq əziyyətlidir".

 

O, son dəqiqələrdə gənclərə şans verməsini belə izah edib:

"Məcburi dəyişikliklər oldu. Hər riskli vəziyyətdə gəncləri buraxsaq, yaxşı olar".

 

Baş məşqçi Riçard Qadze ilə vidalaşmalarının səbəbini də açıqlayıb:

"Qadze sürətli hücumlar zamanı axsayırdı. Toplanışa gəlmədi, komandadan göndərdik".
 

Abasovun sözlərinə görə, ehtiyat oyunçuların azlığı zədələrlə bağlıdır:

"2-3 mərkəz müdafiəçimiz var, onlardan 2-si zədəlidir. Nə deyə bilərəm? Bu, azı 2-3 həftə çəkəcək".

 

Mütəxəssis yeni transferlər Kərim Abubakarın çıxışı və Kamran Əliyevlə müqavilənin yubanmasına da toxunub:

"Abubakar çox çalışdı. Kamranla bağlı yaxın zamanda açıqlama olacaq. Məşqlərdə xoş təəssürat bağışlayır".


Digər xəbərlər

Xəbər xətti