Kaan Ayhan "Qalatasaray"da - RƏSMİ

22:26 30 Yanvar 2023

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Sassuolo"nun müdafiəçisi Kaan Ayhanı transfer edib. Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb.

 

"Qalatasaray" İtaliya klubuna 400 min avro ödəyərək 28 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. "Cim bom" yayda 2,8 milyon avro ödəyərək Türkiyə millisinin üzvünü birdəfəlik transfer etmək hüququna sahibdir.

 

Qeyd edək ki, Kaan Ayhan "Sassuolo"ya 2020-ci ilin yayında Düsseldorf "Fortuna"sından transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.


Xəbər xətti