"Brayton"dan 6 milyon avroluq transfer

22:56 30 Yanvar 2023

İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi AİK-dən yarımmüdafiəçi Yasin Ayarini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Brayton" 19 yaşlı dayaq yarımmüdafiəçisi üçün İsveç klubuna 6 milyon avro təzminat ödəyəcək. İsveçli futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Yasin Ayari AİK-in yetirməsidir. Gənc oyunçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti