İspaniya "Valensiya"sı baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qattuzo ilə yolların ayrılmasına "yarasalar"ın cari mövsümdə uğursuz çıxış etməsi səbəb olub. Komanda hazırda La Liqada 20 xalla 16-cı pillədə qərarlaşıb, həmçinin Kral Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, Cennaro Qattuzo ötən ilin iyununda "Valensiya"nın sükanı arxasına keçmişdi.