“Redon Cicanın “Qarabağ” karyerası “Tirana”da olduğu kimi, parlaq olacaq”.
Sportarena.az xəbər verir ki, bunu Albaniyanın “Tirana” klubunun futbolçusu Florent Hasani komanda yoldaşı Redon Cicanın “Qarabağ”a transferi barədə danışarkən deyib.
Kosovo millisinin hücumçusunun fikrincə, albaniyalı oyunçu Azərbaycan klubunda uğurlu çıxış edəcək: “Tirana”ya gəldiyim gündən Redonla yaxşı tandem təşkil etdik. Birlikdə çox gözəl zaman keçirdik. Ona yeni komandasında buradakı uğurun davamını arzulayıram. Azərbaycan komandasında da özünü təsdiq edəcəyinə əminəm”.
Qeyd edək ki, Redon Cica qış transfer dönəmində “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.