"Qəbələ" komandasının üç futbolçusu "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XX tur oyununda meydana çıxmayacaq.
Sportarena.az xəbər verir ki, bunlar Roman Maçado, Andrey Strijak və Rüfət Əhmədovdur.
Maçado və Strijak zədədən sonra bərpa dövrü keçirsə, Əhmədov bərpa prosesini davam etdirir.
Qeyd edək ki, fevralın 1-də oynanılacaq "Qəbələ" - "Sabah" matçı saat 15:00-da başlayacaq.