Noyer yaşıl meydanlara bu vaxt qayıdacaq

13:36 31 Yanvar 2023

“Bayern”in qapıçısı Manuel Noyer zədəsini sağaltmağa davam edir.

 

Sportarena.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qapıçının 2023-cü ilin iyulunda yaşıl meydanlara qayıdacağı gözlənilir.

 

“Bayern”in əsas qapıçısı Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.

 

Qeyd edək ki, Bundesliqa klubu almaniyalı qapıçının əvəzinə “Borussiya”dan (Münhenqladbax) Yan Sommeri transfer edib. Onunla 30 iyun 2025-ci ilə qədər sözləşmə imzalanıb.


Digər xəbərlər

Xəbər xətti