“Vulverhempton” bir futbolçu transfer etdi, iki futbolçu satdılar

14:15 31 Yanvar 2023

“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Juan Qomesi transfer edib.

 

21 yaşlı futbolçunun transferi üçün 18.7 milyon avro ödənilib. Braziliyalı oyunçu ilə müqavilə isə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

 

“Flamenqo”nun öz yetirməsi olan Qomes bu komandada meydana çıxdığı 117 oyunda 3 qol vurub.

 

“Vulverhempton” iki futbolçusunu da satıb. Belə ki, yarımmüdafiəçi Konnor Ronan ABŞ-ın “Kolorado”, hücumçu Leonardo Kampana “İnter” (Mayami) klubuna satılıb. İngiltərə klubu Ronanın satışından 570 min, Kampananın gedişindən isə 2.7 milyon avro qazanıb. Ronan “Kolorado” ilə 2026-cı ilin 31 dekabrına kimi anlaşıbsa, Kampananın “İnter”lə müqaviləsinin müddəti açıqlanmır.

 

Premyer Liqa təmsilçisi müdafiəçisi Ki-Yana Hoveri “Stok Siti”yə, yarımmüdafiəçisi Çem Kempbelli “Uikom”a icarəyə verib. Hər iki futbolçu bu mövsümün sonuna kimi – 31 maya qədər icarədə oynayacaq.


Digər xəbərlər

Xəbər xətti