“Bavariya” Kanselonu icarəyə götürdü

16:01 31 Yanvar 2023

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Joau Kanselonun Almaniya “Bavariya”sına keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Portuqaliya millisinin cinah müdafiəçisi Bundesliqa klubuna mövsümün sonuna qədər icarəyə verilib. Baş məşqçi Pep Qvardiola ilə mübahisə etdiyi üçün “şəhərlilər”dən ayrıldığı bildirilən 29 yaşlı oyunçunun birdəfəlik transfer edilməsi bəndi də müqaviləyə əlavə olunub.

 

Qeyd edək ki, bu mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxan Joau Kanselo aktivinə 2 qol, 4 assist yazdırıb.


Digər xəbərlər

Xəbər xətti